Ölkə başçısının Cəbrayıl və Zəngilan rayonlarına səfəri tarixi hadisəyə çevrildi
Siyasət

Ölkə başçısının Cəbrayıl və Zəngilan rayonlarına səfəri tarixi hadisəyə çevrildi

Rəşadətli Azərbaycan ordusu 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirərək mənfur düşməni diz çökdürdü və qızıl hərflərlə şanlı zəfər tariximizi yazdı. Bununla da ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Torpaqlarımız düşmən tapdağından azad olunduqdan sonra bu yerlərdə yenidənqurma bərpa işlərinə başlanıldı. Ölkə başçımızın göstərişinə əsasən ərazidə müasir üslubda aparılan tikinti işləri geniş vüsət alıb. Dövlət başçımızın işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərləri, görülən işlərlə şəxsən yaxından tanışlığı, xüsusi diqqət qayğısı Böyük Qayıdışın tez bir zamanda reallaşmasına hədəflənib.

2021-ci il aprelin 26-da Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarına səfəri bir sıra vacib məqamlarla yadda qalmışdır. Bu səfər Azərbaycanın irimiqyaslı layihələrin icrasına başlanması baxımından güclü potensiala sahib olduğunu əks etdirmişdir. Səfər çərçivəsində dövlət başçımız 3- Ağalı kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsi ilə yaxından tanış olmuşdur. Layihənin icrasının əsasən 5 komponent üzrə aparılması planlaşdırılmışdır ki, bura yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" alternativ enerji sahələri daxildir. Görülən işlərdə ən diqqətçəkən məqamlardan biri isə Qarabağın bərpasının məhz dost ölkələrlə birlikdə həyata keçirilməsidir. "Ağıllı kənd" pilot layihəsinin Türkiyə, Çin, İtaliya İsrail şirkətlərinin iştirakı ilə həyata keçirilməsi Prezident İlham Əliyevin sözügedən şirkətlərin nümayəndələri ilə videoformatda görüşü həmin dövlətlərlə Azərbaycan arasında dostluq münasibətlərinin daha bir təzahürü idi.

Təməli Zəngilan rayonunda qoyulan beynəlxalq hava limanı Horadiz-Zəngilan avtomobil yolu regionun gələcək perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir. Zəngilanın coğrafi mövqeyi, eləcə rayonun imkanları ərazini beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirməyə imkan verir. Beynəlxalq hava limanının inşası üçün məhz Zəngilanın seçilməsi bütün bunları bir daha təsdiqləyir. Füzuli, Zəngilan Laçın rayonunda inşa edilən beynəlxalq hava limanları Qarabağ Zəngilan da daxil olmaqla bütün Şərqi Zəngəzur zonasını əhatə edir. Eyni zamanda, buradan keçəcək dəmir avtomobil yolu Naxçıvana rahat gediş-gəlişə imkan yaradacaq. Bu baxımdan Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında bu hava limanı müstəsna rol oynayacaq.

Prezident İlham Əliyevin Cəbrayıla Zəngilana səfərindən sonra quruculuq işləri daha sürətlə davam etdirildi qısa müddətdə Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanıldı. 2022-ci il iyulun 25- "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatdı. Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan 10 ailə - 58 nəfər yeni salınmış ən müasir infrastrukturu olan kənddə məskunlaşdı. Kənd sakinləri, həmçinin yüksəkkeyfiyyətli, "ağıllı" texnologiyalarla təchiz edilmiş evlərlə təmin olundu. Əhalinin məşğulluq, sosial, təhsil, səhiyyə məsələləri s. müvafiq qurumlar tərəfindən həll edilmişdir. Böyük Qayıdışın növbəti mərhələsində bu il mart ayının 3- daha 10 ailə Ağalı kəndinə köçürülmüşdür. Bütün bunlar onu deməyə əsas verir ki, işğaldan azad olunmuş ərazilərdə yaradılan şərait dünyaya nümunə olacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".