Ölkəmizə gələnlərin sayı 1,6 dəfə artıb
Digər xəbərlər

Ölkəmizə gələnlərin sayı 1,6 dəfə artıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar ayında Azərbaycan Respublikasına dünyanın 131 ölkəsindən 119,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 33,8 faizi Rusiya Federasiyası, 21,1 faizi Türkiyə, 9,3 faizi İran, 5,6 faizi Gürcüstan, 3,4 faizi Hindistan, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Pakistan və digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 77,7 faizini kişilər, 22,3 faizini qadınlar təşkil etmişdir.

2022-ci ilin yanvarı ilə müqayisədə bu ilin ilk ayında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 21,9 faiz artaraq 109,3 min nəfər olmuşdur. Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,6 dəfə, Türkiyəyə gedənlərin sayı 18,4 faiz, İrana gedənlərin sayı 13,0 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 2,7 faiz artmışdır. Gedənlərin 69,2 faizini kişilər, 30,8 faizini qadınlar təşkil etmişdir.

"Respublika".