Ombudsman Aparatı Naxçıvanda ilk dəfə seçki prosesini müşahidə edəcək
Digər xəbərlər

Ombudsman Aparatı Naxçıvanda ilk dəfə seçki prosesini müşahidə edəcək

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatı Naxçıvan Muxtar Respublikasında ilk dəfə seçki prosesini müşahidə edəcək. 

"Respublika" "secki-2024.az" saytına istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Naxçıvanda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Sərəncam imzalanan ilk gündən etibarən Ombudsman aparatı və Mərkəzi Seçki Komissiyası Bakı şəhərində və Azərbaycanın müxtəlif regionlarında birgə çoxsaylı maarifləndirici tədbirlər həyata keçirib. Bu tədbirlərin sonuncusu Naxçıvan Muxtar Respublikasında təşkil olunub. Tədbirdə seçki komissiyasının üzvləri, müşahidəçilər, dairə və məntəqə sədrləri, üzvləri iştirak ediblər. Bu tədbirdə əsas mövzu vətəndaşların seçki hüquqlarının təmin olunması idi. Ümumiyyətlə, 22 ildir fəaliyyət göstərən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) aparatı bütün seçkilərdə müşahidə aparıb. İlk dəfə olaraq bu müşahidə prosesi Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının iştirakı ilə Naxçıvanda da həyata keçiriləcək”.