Ombudsman Aparatının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Digər xəbərlər

Ombudsman Aparatının əməkdaşları Zəfər parkını ziyarət ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının kollektivi 27 Sentyabr - Anım Günü münasibətilə Zəfər parkını ziyarət ediblər.
"Respublika" xəbər verir ki, bu barədə Ombudsman aparatının Mətbuat xidməti məlumat yayıb. Aparatın əməkdaşları xatirə daşının önünə gül dəstələri düzüb, şəhidlərin əziz xatirəsini dərin ehtiramla anıblar.