Ordumuz Zod və Arazdəyən istiqamətlərində atəş açmayıb
Digər xəbərlər

Ordumuz Zod və Arazdəyən istiqamətlərində atəş açmayıb

Müfadiə Nazirliyinin məlumatında bildirilir ki, iyunun 19-u saat 00:45-dən saat 02:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Zod və Arazdəyən istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Müdafiə Nazirliyindən bildirilib ki, qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.

“Respublika”.