2023-cü il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 162,3 mln. manat vəsait ödənilib.
"Respublika" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, 2023-cü ildə 2022-ci illə müqayisədə 23,7 mln. manat və ya 17,1% çox vəsait xərclənib.