Özbəkistan nümayəndə heyəti Şuşada görülən işlərlə tanış olub
Region

Özbəkistan nümayəndə heyəti Şuşada görülən işlərlə tanış olub

Şuşada səfərdə olan Özbəkistan nümayəndə heyətinə şəhərdə dağıdılmış tarixi abidələrin bərpası istiqamətində həyata keçirilən tədbirlər, yenidənqurma məqsədilə görülən işlər haqqında ətraflı məlumat verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 12-ci iclasında iştirak etmək üçün Şuşa şəhərinə səfər edən Özbəkistan nümayəndə heyəti burada həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olub.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovun da iştirakı ilə keçirilən tanışlıq zamanı Şuşanın tarixi, dağıdılmış abidələrin bərpası istiqamətində icra olunan tədbirlər, şəhərin yenidən qurulması məqsədilə görülən işlər haqqında ətraflı məlumat verilib.

Özbəkistan nümayəndə heyəti qədim Azərbaycan şəhərinin bərpası və abadlaşdırılması işlərinin yüksək qiymətləndirildiyini qeyd edib.