“Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 687-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

“Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 129; 2001, № 3, maddə 144; 2002, № 5, maddə 240; 2004, № 6, maddə 396; 2007, № 6, maddə 560, № 10, maddə 938; 2009, № 12, maddə 949; 2015, № 11, maddə 1278; 2020, № 12 (I kitab), maddə 1425; 2021, № 6 (I kitab), maddə 543; 2022, № 6, maddə 592) 13-cü maddəsinin dördüncü hissəsinə “müəssisələri” sözündən sonra “və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 31 may 2023-cü il