Pakistanın keçmiş Baş naziri Xan üçün hökm çıxarılıb.
Dünya xəbərləri

Pakistanın keçmiş Baş naziri Xan üçün hökm çıxarılıb.

Pakistanın keçmiş Baş naziri İmran Xanın  həbsi təxirə salınıb.

“Respublika” “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, Pakistanda Ali Məhkəmə eks- Baş nazir İmran Xanın korrupsiya işi üzrə çəkdiyi həbs cəzasının təxirə salınmalı və girov müqabilində azad edilməli olduğuna qərar verib.

Ali Məhkəməsi İmran Xanın korrupsiya işi üzrə 3 illik həbs cəzasının təxirə salınması və girov müqabilində azad edilməsi barədə apellyasiya şikayətini təmin etdikdən sonra hazırkı Baş nazir Şahbaz Şərif verdiyi açıqlamada məhkəmənin qərarını tənqid edib və bildirib ki,  İmran Xanın məhkum edilməsi yalnız təxirə salınıb. Həbs olunması isə qüvvədə qalacaq.

Xatırladaq ki, İmrax Xan Dövlət hədiyyələrinin satılması və mal varlığını gizlədilməsi ittihamları da daxil olmaqla 3 il həbs cəzasına məhkum edilmişdi. 5 avqustda həbs olununan keçmiş Baş nazir digər tərəfdən də Pakistan Seçki Komissiyasının qərarı ilə  avqustun 8-də siyasi fəaliyyətdən 5 il müddətinə kənarlaşdırılmasına qərar verilib. Xan bununla yanaşı dövlət sirrinin sızdırılması, şiddətli etirazların təşkili və milli təhlükəsizliyə təhdid daxil olmaqla ittiham olunur.

Musa Bağırlı,

“Respublika”.