Bayden: ABŞ kimyəvi silah anbarında olan son döyüş sursatını məhv edib
Dünya xəbərləri

Bayden: ABŞ kimyəvi silah anbarında olan son döyüş sursatını məhv edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden kimyəvi silah anbarındakı olan son döyüş sursatının məhv edildiyini bildirib. 

“Respublika” xəbər verir ki, Bayden, həmçinin ABŞ-ın 30 ildən artıqdır ki, kimyəvi silah ehtiyatını aradan qaldırmaq üçün çalışdığını qeyd edib.

ABŞ Prezidenti ölkənin kimyəvi silahlardan azad gələcək yaratmaq öhdəliyini də təzələməli olduğunu diqqətə çatdırıb. 

"Mən qalan ölkələri Kimyəvi Silahlara dair Konvensiyaya qoşulmağa səsləyirəm ki, bu istiqamətdəki qlobal qadağa reallaşa bilsin. Rusiya və Suriya da öz növbəsində Kimyəvi Silahlar Konvensiyasına əməl etməlidir”- deyə, Bayden bildirib.   

Nəzrin ELDARQIZI, 

“Respublika”.