Yunanıstanda temperatur yüksəldikcə meşə yanğınları da artır
Dünya xəbərləri

Yunanıstanda temperatur yüksəldikcə meşə yanğınları da artır

Yunanıstanda temperatur yüksəldikcə meşə yanğınları da artır. Ümumdünya Meteorologiya Təşkilatı (WMO) bildirir ki, isti dalğaları qarşıdakı illərdə daha da şiddətlənəcək və ekstremal hava nümunələri daha çox iqlim tədbirlərinə ehtiyac olduğunu vurğulayır.

"Respublika" BBC-yə istinadən xəbər verir ki, bu həftə ərzində Yunanıstanda çoxsaylı meşə yanğınları baş verib. 

Dünyanın əksər böyük şəhərləri həyəcan vəziyyətindədir. Həddindən artıq istilər təkcə həssas qruplar üçün deyil, hamı üçün sağlamlıq riski daşıyır. Yunanıstanda isə hazırda ən şiddətli yanğınlar Afinanın şimalındakı Dervenoçoria bölgəsində baş verib. Yanğınsöndürmə xidmətinin sözçüsü Yannis Artopios bildirib ki, əsas narahatlığımız insan həyatını qorumaqdır. 

Töhfə SƏMƏDOVA,

"Respublika".