Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Pyer Vatənlə (Pierre Vatin) görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə dostluq qrupunun üzvləri də iştirak ediblər.
Tərəflər iki ölkənin parlamentləri arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.