Qadın şahmatçıların mükafatlandırma mərasimi baş tutub
İdman

Qadın şahmatçıların mükafatlandırma mərasimi baş tutub

Bakıda qadın şahmatçılar arasında Dünya Kubokunun bağlanış və mükafatlandırma mərasimi keçirilib. 

"Respublika" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Tədbirdə ukraynalı Anna Muziçuka bürünc, bolqarıstanlı Nurgül Salimovaya gümüş, yarışın qalibi, FIDE bayrağı altında çıxış edən Anna Qoryaçkinaya isə qızıl medal və Dünya Kuboku verilib. Mükafatları Fərid Qayıbov, Arkadi Dvorkoviç və Mahir Məmmədov təqdim ediblər.