Qadın ucalıq, nəciblik rəmzidir
Sosial həyat

Qadın ucalıq, nəciblik rəmzidir

"Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün sabahımızın dayağıdırlar".

Heydər ƏLİYEV,

Ümummilli lider.

Əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmət yükü düşmüşdür bu zəhməti o, həmişə mərdliklə, cəsarətlə çəkmiş bundan heç vaxt inciməmişdir.

Ümummilli lider, müstəqil Azərbaycanın banisi Heydər Əliyev dövlət başçısı kimi fəaliyyəti dövründə qadınlarla bağlı dövlət siyasətinə xüsusi diqqətlə yanaşmışdır. Qadınların cəmiyyətdə daim fəal həyat mövqe tutması, ictimai dövlət idarəetmə işlərində onların yaxından iştirak etməsi, qadınlara lazımi , sosial məişət şəraiti yaradılması, onların qayğı problemlərinin daim nəzarətdə saxlanılması həll olunması Heydər Əliyev siyasətində həmişə mühüm yer tutub.

Ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət qurumlarında, elm, mədəniyyət, təhsil, səhiyyə, idman sahəsində geniş təmsil olunmasına müstəsna əhəmiyyət verirdi.

Ölkəmizdə gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Heydər Əliyevin təşəbbüsü birbaşa rəhbərliyi ilə 12 noyabr 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir.

Heydər Əliyev qadın problemlərinin dövlət səviyyəsində həlli üçün 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsini yaratmışdı. Prezident İlham Əliyevin 6 fevral 2006- il tarixli Fərmanı ilə Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.

Ulu öndərin Azərbaycan qadını ilə bağlı söylədiyi fikirlər, irəli sürdüyü müddəalar, verdiyi göstərişlər tövsiyələri ölkəmizin müstəqillik illərində uğurlu dövlət qadın siyasətinin müəyyənləşməsi üçün əsas olmuşdur.

Azərbaycan qadını əsrlərdən gələn müdrikliyini zəkasını bu gün həyatımızın müxtəlif sahələrində, dövlətimizin inkişafı uğrunda nümayiş etdirir.

Azərbaycan qadınları ictimai-siyasi proseslərdə həmişə fəal olublar. Onlar arasında görkəmli dövlət, elm, mədəniyyət ictimai-siyasi xadimlər yetişmişdi. Bu gün qadınların cəmiyyətdə ictimai-siyasi fəallığı durmadan yüksəlir, elm təhsil, səhiyyə mədəniyyət müəssisələrində, sənaye kənd təsərrüfatının ayrı-ayrı sahələrində çalışan qadın gənc qızların sayı getdikcə artır.

Tarixən olduğu kimi, müasir dövrdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsində, siyasi-hüquqi, sosial-iqtisadi sahələrdə beynəlxalq münasibətlərdə yeni uğurların əldə olunmasında kişilərlə yanaşı, qadınlarımız da yüksək təşəbbüskarlıq fəallıq nümayiş etdirirlər. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətindən - qadınlara siyasətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.

Azərbaycan Respublikasının qısa zaman ərzində əldə etdiyi uğurlarda qadınlarımız da mühüm rola malikdirlər. Elə Heydər Əliyev siyasətinin nəticəsi olaraq bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edirlər.

Azərbaycan qadınlarına milli mənliyimizdə kök salan ənənələr məxsusdur bu ənənələri qadınlar tarix boyu qoruyub saxlayıblar. Qadınlar bir ana, qadın xanım olaraq mübarizliyi, fədakarlığı mərdliyi ilə Azərbaycan tarixinə şanlı səhifələr yazıblar.

Bu gün cəsarətli qətiyyətli addımlar atan qadınlarımızın səsi dünyanın ən mötəbər məclislərində eşidilir.

Müasir Azərbaycan qadınının ictimai-siyasi fəallığının yüksəlməsinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qürur fəxarət hissi doğuran əməli fəaliyyəti güclü təkan verir. Əslində Mehriban xanım Əliyeva Azərbaycan qadınına xas olan yaxşı varsa onların hamısını - gözəlliyi, zərifliyi, ismət ülviyyəti, humanizmi, xeyirxahlığı öz simasında ideal şəkildə cəmləşdirərək hamıya örnək ola biləcək qayğıkeş, fədakar bir obraz yaratmışdır. Onun simasında Azərbaycan qadınının necə istedadlı, zərif mədəni olması təkcə ölkə içində deyil, beynəlxalq aləmdə öz təsdiqini tapmışdır.

Bəli, Heydər Əliyevin söylədiyi kimi: "Qadın bəşəriyyətə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədi, ismət, qeyrət, qüdrət rəmzidir".

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı,

Bakı Dövlət Universitetinin kafedra müdiri,

professor.