Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı üzrə Rusiya Milli Komitəsinin sədri Viktor Arxipovdan
Məktublar

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı üzrə Rusiya Milli Komitəsinin sədri Viktor Arxipovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı üzrə Rusiya Milli Komitəsi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin böyük nüfuzunuz və Azərbaycanın Prezidenti vəzifəsində nail olduğunuz ciddi uğurlar yüksək peşəkarlığınızdan, səriştəli, qətiyyətli, işgüzar keyfiyyətlərə malik, fədakar, ən mühüm dövləti məsələləri həll edə bilən şəxsiyyət olduğunuzdan xəbər verir.

Cənab Prezident, bu şad gününüzdə Sizə gələcək fəaliyyətinizdə uğurlar, güc-qüvvət və əmin-amanlıq arzu edirəm. Qoy hər zaman yanınızda istənilən vəziyyətdə dəstəyinə arxalana biləcəyiniz insanlar olsun! Siz ikitərəfli konstruktiv dialoqun inkişafına fəal şəkildə kömək edirsiniz, ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verirsiniz.

Sizə və ailənizə səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Hörmətlə,

Viktor ARXİPOV,

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı üzrə Rusiya Milli Komitəsinin sədri.