Rusiya Dövlət Dumasının deputatı, “Spravedlivaya Rossiya – Za pravdu” fraksiyasının rəhbəri Sergey Mironovdan
Məktublar

Rusiya Dövlət Dumasının deputatı, “Spravedlivaya Rossiya – Za pravdu” fraksiyasının rəhbəri Sergey Mironovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Sizin məramlarınız, gücünüz və enerjiniz Azərbaycanın iqtisadi, sosial, mədəni potensialının möhkəmlənməsinə yönəlib. Sizi yüksək dəyərləndirən təkcə Azərbaycan vətəndaşları deyil, Siz istedadlı və məsuliyyətli lider kimi respublikanın hüdudlarından kənarda da haqlı olaraq böyük nüfuz qazanmısınız.

Azərbaycan Respublikası ilə ənənəvi mehriban qonşuluq, tərəfdaşlıq münasibətləri Rusiya üçün çox mühüm və dəyərlidir. Əminəm ki, bu münasibətlər bundan sonra da inkişaf edəcək.

Sizə möhkəm cansağlığı, səadət və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə, 

Sergey Mironov

Rusiya Dövlət Dumasının deputatı,

“Spravedlivaya Rossiya – Za pravdu” fraksiyasının rəhbəri