Qaracalar kəndində yeni məktəb
Sosial həyat

Qaracalar kəndində yeni məktəb

Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Saatlı rayonu Qaracalar kənd Ə.Əhmədov adına tam orta məktəbi yeni dərs ilindən öz qapılarını şagirdlərin üzünə açmışdır. Uzun illər köhnə, yararsız məktəb binası kənd sakinlərini, şagirdləri və pedaqoji kollektivi narahat edirdi. Artıq bu narahatlığa son qoyulmuşdur. Yeni tikilmiş Qaracalar kənd tam orta məktəbi 360 şagird yerlikdir. Sinif otaqları hər cür avadanlıqla təchiz olunmuşdur. Məktəbdə müasir tələblərə cavab verən fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədər hazırlıq, kitabxana, akt zalı, idman zalı və yeməkxana mövcuddur. Məktəbin həyətinə asfalt döşənib, yaşıllıqlar salınıb, dekorativ ağaclar əkilib, abadlıq işləri aparılıb və yeni futbol meydançası istifadəyə verilib. Kənd camaatı və məktəb kollektivi məktəbin tikintisi ilə bağlı Heydər Əliyev Fondunun rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Tofiq Hüseyn,

“Respublika”.