QARŞIDAKI SEÇKİLƏRİ YENİ REALLIQLAR ŞƏRTLƏNDİRİR
Digər xəbərlər

QARŞIDAKI SEÇKİLƏRİ YENİ REALLIQLAR ŞƏRTLƏNDİRİR

Azərbaycan müstəqil, suveren, hüquqi, dünyəvi dövlətdir. Üç il əvvəl Vətən müharibəsində və cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu.

Ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu. Xalqımız Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəliyi, ordumuzun gücü, rəşadəti sayəsində  möhtəşəm qələbə qazandı. Bu gün müqəddəs üçrəngli bayrağımız Xankəndi, Xocalı, Ağdam, Füzuli, Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Zəngilan və digər rayonlarda əzəmətlə, vüqarla dalğalanır. Müstəqil Azərbaycan qalib ölkə, xalqımız qalib xalq kimi  dünyada tanınır.

Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın dünya birliyində rolu, mövqeyi, nüfuzu getdikcə artır. Artıq ölkəmiz yeni reallıqlara əsaslanan bir mərhələyə daxil olur. Yeni reallıqlar isə yeni yanaşmalar tələb edir. İndiki mühüm, strateji mərhələ növbədənkənar seçkilərin keçirilməsini zəruri edir.

Gələn il fevralın 7-də müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində azad, ədalətli seçkilər keçiriləcəkdir. İşğal nəticəsində 30 ilə yaxın seçki keçirilməyən bölgələrimizdə də demokratik seçkilər təşkil olunacaqdır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında seçkilərin keçirilməsi həm də dünyaya mühüm mesaj kimi səslənəcəkdir. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsdiqi kimi tarixə yazılacaq.

Qədim Rufullayev,

Lənkəran Dövlət Universitetinin

Azərbaycan dili və ədəbiyyat

kafedrasının müdiri, filologiya üzrə

fəlsəfə doktoru, dosent.