QDİƏT PM-in rəsmisi: Səsvermə zamanı heç bir qayda pozuntusu aşkarlanmayıb
Siyasət

QDİƏT PM-in rəsmisi: Səsvermə zamanı heç bir qayda pozuntusu aşkarlanmayıb

Səsvermə zamanı heç bir qayda pozuntusu aşkar edilməyib.

AZƏRTAC xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) müşahidə missiyasının növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 7-də keçirdiyi mətbuat konfransında çıxış edən qurumun Baş katibi Asəf Hacıyev deyib.

O, bu seçkilərdə qalib gələn namizədin adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıracağını bildirib.

"Missiyamız ərzində müşahidə etdik ki, seçkilər şəffaf keçirilir və vətəndaş fəallığı yüksəkdir. Əhalinin 80 faizdən çoxu səsvermədə iştirak edib", - deyə Asəf Hacıyev vurğulayıb.

Azərbaycan xalqını seçkilərlə bağlı təbrik edən nümayəndələr səsvermə prosesinin gedişindən çox razı qaldıqlarını bildiriblər.