Qəbələdə “Əlvida bağça” tədbiri keçirilib
Digər xəbərlər

Qəbələdə “Əlvida bağça” tədbiri keçirilib

Qəbələ rayon məktəbəqədər təhsil müəsissələrinin birgə  təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində  məktəbəqədər təhsil müəssisələrində təhsil alan  uşaqların məktəbə yola salınmaları ilə əlaqədar “Əlvida bağça” adlı tədbir keçirilib.

“Respublika” xəbər verir ki, rayonda fəaliyyət göstərən 23 uşaq bağçasından 365 nəfər uşaq bu il məktəbə yola salınır. Rayon ziyalılarının, qonaqların iştirak etdiyi  tədbirdə  uşaqların ifasında səhnəcik və rəqslər nümayiş etdirilib, nağıl qəhrəmanları canlandırılıb, vətənimizi, bayrağımızı, qələbəmizi və təbiətimizi tərənnüm edən şeirlər səsləndirilib.

M.QULUYEV

“Respublika”