Qərbi azərbaycanlılar doğma torpaqlarına qovuşacaq
Digər xəbərlər

Qərbi azərbaycanlılar doğma torpaqlarına qovuşacaq

Azərbaycan 44 günlük müharibədə əldə etdiyi böyük Qələbədən sonrakı postmüharibə dövründə inamlı addımlar atmaqdadır. Tarixi Qələbəmizə qədər Qərbi Azərbaycan mövzusu ölkəmizin sağalmayan yaralarından biri idi.

Ötən əsrin əvvəllərindən həmvətənlilərimizin öz dədə-baba torpaqlarından köçürülməsi təkcə buraya xaricdən gələn ermənilərin yerləşdirilməsi niyyətini güdmürdü, həmçinin torpaqların tədricən Hayastana birləşdirilməsi məqsədi daşıyırdı. Köçürülən əhaliyə güzəştlər, bir sıra təkliflər edilsə , onlar şəxsi evlərindən ata-babalarından miras qalan torpaqlarından məhrum olmuşdular. Əlbəttə, "köçürmə" adı altında aparılan bu əməliyyat deportasiyadan başqa bir şey deyildi. Çünki həmvətənlilərimizin iradəsi istəyi xaricində həyata keçirilirdi. 1918-1920-ci illərdə indiki Ermənistan Respublikasının ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülüb ya doğma torpağından didərgin salınıb. Bunu erməni yazar Korkodyan öz kitabında da təsdiqləyir: "1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk, azərbaycanlı əhali qalmışdır. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur".

Doğma torpaqlarına tez bir zamanda qovuşmaq istəyən həmvətənlilərimizin acısına şərik olmaq üçün 1989-cu ildə "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyi yaradılıb. Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların sənədlərin toplandığı saxlandığı yeganə ictimai qurumdur. 2022-ci ildə təşkilatın adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması" olub. Prezident İlham Əliyev dekabrın 24- icmanın bir qrup nümayəndəsi ilə görüşündə Qərbi Azərbaycana qayıdış Konsepsiyasının hazırlanması vəzifəsini qarşıya qoyub. O, icma üzvləri ilə görüşdə bildirib: "Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik. Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda, dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik. Ona görə biz Qayıdış Konsepsiyası üzərində işləməliyik. Bu çox sanballı sənəd olmalıdır", - deyə dövlətimizin başçısı vurğulayıb.

Konsepsiyaya əsasən, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmalı oraya qayıtdıqdan sonra onların fərdi kollektiv hüquqların təmin edilməlidir. Qərbi azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə öz doğma yurdlarına qayıda bilmələri üçün hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmanın əldə edilməsi, prosesin müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım proqramları ilə təminat altına alınması, qayıtmış əhalinin yenidən qovulması, ayrı-seçkiliyin həyata keçirilməsi zərər vurulmasına imkan verilməməsi üçün beynəlxalq monitorinq, təhlükəsizlik, müdaxilə digər zəruri fəaliyyətin bərqərar edilməsi s. kimi vəzifələr əsas məqsəddir

Konsepsiyanın əhəmiyyəti böyükdür. Bununla bağlı Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, 1988-ci ilə qədər soydaşlarımız demək olar bütün Qərbi Azərbaycan boyu yaşayıblar. İlkin mərhələdə o insanların bütün Qərbi Azərbaycan, indiki Ermənistan ərazisi boyu köçürülməsi təbii ki, xoşagəlməz nəticələr verə bilər: "Ermənistan dövləti belə bir addım atsa, Qərbi Azərbaycan İcması olaraq buna qarşı çıxacağıq. Əsas hədəfimiz insanların ilkin mərhələdə daha təhlükəsiz bölgələrə köçürülməsi olacaq. Bu isə bizim nəzərimizdə Azərbaycanla sərhəd rayonlarda yerləşən, xüsusilə Qarabağ Şərqi Zəngəzur ərazisi ilə sərhəddə Qərbi Zəngəzur, Dərələyəz, Göyçə mahalı Qaraqoyunlu dərəsi ola bilər. Soydaşlarımızın ilkin mərhələdə həmin ərazilərə köçürülməsi daha təhlükəsiz, zəmanətli təminatlı olar".

Qeyd edək ki, BMT-nin katibliyi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının İqtisadi Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Həmçinin, Konsepsiya BMT-nin bütün rəsmi dillərində insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb. Bu da onu deməyə əsas verir ki, həmvətənlilərimizin öz doğma torpaqlarına sülh yolu ilə geri qayıtmaları Azərbaycanın ən böyük uğurlarından biri olacaq.

Şübhəsiz ki, ölkəmiz bu keşməkeşli yoldan da layiqincə keçib, öz haqq mübarizəsində hər zaman olduğu kimi, yenə qalib gələcək. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət istər daxili məsələlərdə, istərsə beynəlxalq aləmdə öz töhfələrini verir. Bunun nəticəsi olaraq Qərbi Azərbaycana qayıdış ən yaxın zamanda reallaşacaqdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".