Kahramanmaraşda olan çevik xilasetmə qüvvələrinin bir hissəsi Hataya yola düşüb
Digər xəbərlər

Kahramanmaraşda olan çevik xilasetmə qüvvələrinin bir hissəsi Hataya yola düşüb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkədə əməliyyatları davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə FHN-in Kahramanmaraşda olan qüvvələrinin 110 nəfərdən artıq hissəsi Hatay rayonunda baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə dünən səhər həmin bölgəyə yola düşüb.