Qlobal səviyyəli məsələlərin müzakirə olunduğu platforma
Siyasət

Qlobal səviyyəli məsələlərin müzakirə olunduğu platforma

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ölkə başçısı İlham Əliyevin 23 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan elminin və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvi irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədilə yaradılmışdır.

Mərkəzin idarə heyəti Finlandiya, Rumıniya, Serbiya, Xorvatiya, Bolqarıstan kimi ölkələrin sabiq prezidentləri, nüfuzlu beynəlxalq ekspertlər, ictimai-siyasi xadimlər, səfirlər dünyanın müxtəlif universitetlərinin əməkdaşlarından ibarətdir. Avropa qitəsindən 25 ölkədən 53, Amerika qitəsindən 2 ölkədən 6, Asiya qitəsindən 12 ölkədən 15, Afrika qitəsindən 4 ölkədən 5 görkəmli üzvü olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu gün Bosniyanın Podgoricki Klubu, Yunanıstanın Marianna V.Vardinoyannis Vəqfi, ABŞ-ın Quqenhaym, Çin İnnovasiya İnkişaf Strategiyası İnstitutu, Çin Xalq Xarici İşlər İnstitutu, Taihe İnstitutu, Amerika Xarici Siyasət üzrə Milli Komitə, Berqqruen İnstitutu, Robert F.Kennedy İnsan Hüquqları, Schwarzman Alimləri, İtalyan Beynəlxalq Təşkilatları Cəmiyyəti, Dünya Sənət Elm Akademiyası kimi nüfuzlu beynəlxalq regional təşkilatlarla sıx əməkdaşlıq edir. Mərkəzin həmsədrləri Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldindir.

Dünyada sülhün, birgəyaşayışın, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə vermək məqsədi daşıyan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi beynəlxalq toplantılara evsahibliyi edərək tolerantlıq, qarşılıqlı anlaşma mədəniyyətlərarası dialoqun təşviq edilməsində ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrilmişdir. Ənənəvi olaraq Qlobal Bakı Forumuna dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu müxtəlif önəmli görüşlərə evsahibliyi edən Mərkəzin əsas fəaliyyət istiqamətləri Nizami Gəncəvi irsinin araşdırılması, nizamişünaslığın aktual problemlərinin həll olunması, əsərlərinin müxtəlif dillərə tərcüməsi, ensiklopediyasının hazırlanması, elmi-fəlsəfi görüşlərin, sənətşünaslığın tədqiq olunması dahi şairin irsinin dünyada təbliğ edilməsidir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamış, torpaqlarımızın işğalı dövründə, 44 günlük Vətən müharibəsi günlərində, eləcə ərazi bütövlüyümüz təmin edildikdən sonra da ölkəmizin haqq işinə güclü dəstək vermişdir bu işi bu gün uğurla davam etdirir. Ənənəvi olaraq respublikamızda keçirilən Bakı Qlobal Forumu İkinci Qarabağ müharibəsində böyük qələbəmizdən sonra isə Azərbaycanın haqq səsinin ucaldığı tribunalardan birinə çevrildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2021-ci il noyabrın 4- "COVID-19-dan sonrakı dünya" mövzusunda geniş gündəliklə işə başlayan VIII Qlobal Bakı Forumunda COVID-19 pandemiyası, Ermənistan-Azərbaycan münaqişəsini Azərbaycanın öz daxili gücü hesabına həll etməsi, Cənub Qaz Dəhlizinin tikintisinin başa çatdırılması 2020-ci il dekabrın 31- həmin layihənin sonuncu hissəsi - Trans-Adriatik boru kəmərinin istismara verilməsi barədə məlumat verilmişdir. 44 günlük Vətən müharibəsi zamanı mərkəzin idarə heyətinin üzvlərinin Azərbaycanın haqlı ədalətli mövqeyini dəstəkləyən çoxsaylı bəyanatlarla çıxış etdikləri qeyd olunmuş, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq təsisat kimi dünyada rolunun nüfuzunun artması xüsusi olaraq vurğulanmışdır. Noyabrın 4-dən 6-dək "COVID-19-dan sonrakı dünya" adı altında keçirilən Forumda Mərkəzin üzvləri Ermənistanın təcavüzkar əməlləri haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətini davam etdirmişlər.

"Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ötən il iyunun 16-da yüksək səviyyədə keçirilmişdi. Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzin qlobal məsələləri müzakirə edən geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrildiyini forum iştirakçılarının diqqətinə çatdırmışdır. 50 ölkədən yüksəksəviyyəli nümayəndələrin iştirak etdiyi Forumda təhlükəsizlik məsələlərinin beynəlxalq aləmdə böyük önəm kəsb etdiyi vurğulanmış, aparıcı beynəlxalq institutların, maliyyə institutlarının ərzaq böhranı ilə mübarizədə rolundan bəhs olunmuşdur. Eyni zamanda, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində sülh müqaviləsinin imzalanmasının, sərhədlərin delimitasiyası demarkasiyasının, Zəngəzur dəhlizinin açılmasının vacibliyi diqqətə çatdırılmışdır. Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Azərbaycanla Ermənistan arasında sülhə nail olunması istiqamətində atılan addımları təqdirəlayiq hesab etmiş, Albaniya Prezidenti İlir Meta beynəlxalq səviyyədə problemlərin ədalətli həlli üçün Birləşmiş Millətlər Təşkilatının rolunun gücləndirilməsinin vacibliyini vurğulamış, Bosniya Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviç gələcək dünyamızın münaqişəsiz təhlükəsiz olması üçün beynəlxalq əməkdaşlığı gücləndirməyin zəruriliyini bildirmiş, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım Cənubi Qafqazın sülh, dostluq əməkdaşlıq meydanına çevrilməli olduğunu xüsusi vurğulamışdır.

"Dünya bu gün: Çağırışlar ümidlər". X Qlobal Bakı Forumu bu ilin mart ayının 9-da bu mövzuda forum iştirakçılarını bir araya gətirdi. Açılış mərasimində iştirak edən ölkə başçımız cənab İlham Əliyev Forum iştirakçılarının təmsilçilik səviyyəsinin intellektual potensialının aparıcı beynəlxalq konfranslara uyğun olduğunu vurğulamış Azərbaycanın dahi şairi Nizami Gəncəvinin xatirəsinə irsinə olan dərin hörmətə görə minnətdarlığını bildirmişdir. Panellərdən birinin multilateralizmə həsr olunmasından məmnunluğunu ifadə edən Azərbaycan Prezidenti eyni zamanda panel müzakirələrdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması mövzusuna geniş yer veriləcəyini qeyd edərək düşmən ölkənin 30 il işğalçılıq siyasətinə baxmayaraq, Azərbaycanın sülh təklif etdiyini bir daha iştirakçıların diqqətinə çatdırmışdır.

Forumda, həmçinin enerji daşımalar dəhlizləri, nəqliyyat dəhlizləri, enerji keçidi məsələləri müzakirə mövzusu olmuş, Azərbaycan Prezidenti ölkəmizin dünyanın dinc, əmin-amanlıq, təhlükəsiz olmasına səylərini əsirgəməyəcəyini bəyan etmişdir. Forumda Latviya Respublikasının Prezidenti Egils Levits Azərbaycanın Qoşulmama Hərəkatında aparıcı rolundan, Hərəkatın COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun bu yaxınlarda keçirilən Zirvə görüşündən bəhs etmişdir. BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ənənəyə çevirdiyi bu tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə etmiş, BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima COVID-19 pandemiyasından sonrakı dövrdə beynəlxalq əməkdaşlığın gücləndirilnməsində birgə səylərin vacibliyini vurğulamışdır.

4 prezident, 2 baş nazir, 6 spiker nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndənin iştirak etdiyi Forumda yeni dünya düzənində mövcud problemlər, müxtəlif yanaşmalar, mühüm çağırışların həlli yollarının müzakirə edildiyi Nizami Gəncəvi Mərkəzinin mühüm beynəlxalq mərkəzə çevrildiyi qeyd olunmuş Mərkəzin fəaliyyəti yüksək qiymətləndirilmişdir. Bu gün Prezident İlham Əliyevin iştirakı ilə qlobal əhəmiyyətə malik platformaya, güclü nüfuzlu bir quruma çevrilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi müzakirələr Azərbaycanın qlobal səviyyəli məsələlərin həlli üçün mühüm platformaya çevrildiyini göstərməklə yanaşı, həm bu problemlərin həllində ölkəmizin rolunun yüksəldiyini nümayiş etdirir.

Mehparə ƏLİYEVA,

"Respublika".