Respublikamıza dünyanın 157 ölkəsindən 368,9 min nəfər gəlmişdir
İQTİSADİYYAT

Respublikamıza dünyanın 157 ölkəsindən 368,9 min nəfər gəlmişdir

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, Dövlət Statistika Komitəsi bildirir ki, 2023- ilin yanvar-mart aylarında Azərbaycan Respublikasına dünyanın 157 ölkəsindən 368,9 min ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 49,8 faiz çox əcnəbi vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Gələnlərin 32,3 faizi Rusiya Federasiyası, 21,5 faizi Türkiyə, 9,1 faizi İran, 5,6 faizi Gürcüstan, 4,2 faizi Hindistan, 2,7 faizi Pakistan, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan vətəndaşları olmuşdur. Gələnlərin 76,9 faizini kişilər, 23,1 faizini isə qadınlar təşkil etmişdir.

2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 151,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40,1 faiz artaraq 15,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,5 faiz artaraq 59,1 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər vətəndaşlığı olmayan şəxslərin 63,2 faizi hava, 35,3 faizi dəmir yolu avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.                  

2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 20,2 faiz artaraq 358,6 min nəfər olmuşdur.

"Respublika".