Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelidən
Məktublar

Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Xahiş edirəm doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Gözəl diplomat, ən yüksək daxili mədəniyyətə, parlaq istedada malik bir şəxsiyyət kimi Siz mühüm layihələr həyata keçirirsiniz. Sizin böyük enerjiniz var və bir çox sahələrdə aktiv fəaliyyət göstərir, doğma ölkənizin inkişafına mühüm töhfə verirsiniz.

Sizin daimi dəstəyiniz və diqqətinizlə əhatə olunmuş Azərbaycan Respublikasının mədəni proqramları bir rəssam kimi mənim üçün xüsusilə yaxındır.

Rusiya Rəssamlıq Akademiyasının üzvlərinin aktual rəssamlıq layihələrinə və beynəlxalq fəaliyyətinə diqqətinizə, Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmləndirilməsi üzrə birgə layihələrə dəstəyinizə görə Sizə minnətdaram.

Sizinlə və əziz, unudulmaz atanız Heydər Əliyevlə mənim üçün xoşbəxt olan ünsiyyət dəqiqələrini və görüşlərimizin bənzərsiz ab-havasını daim xatırlayıram.

Möhtərəm İlham Heydər oğlu, Sizə dərin ehtiramımı bildirmək, fəaliyyətinizdə daimi uğurlar, özünüzə və ailənizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik və tərəqqi diləmək fürsətinə görə ürəkdən şadam.

Hörmətlə,

Zurab SERETELİ,

Rusiya Rəssamlıq Akademiyasının prezidenti.