Rusiya Türkiyə ilə dəniz əməkdaşlığına hazırdır
Digər xəbərlər

Rusiya Türkiyə ilə dəniz əməkdaşlığına hazırdır

Moskva rəhbərliyi Ankara ilə dəniz sahəsində ortaqlıq qura biləcəklərini bildirib.

“Respublika” “En son haber”ə istinadən xəbər verir ki, Rusiya dənizçilik sahəsində Türkiyə ilə əməkdaşlığa qapı açmaq istəyir.

Bu barədə Rusiyanın Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidməti (FSVTS) məlumat yayıb. FSVTS direktoru Dmitriy Şuqayev fərqli təkliflərin olduğunu və Ankara ilə ortaqlıq qura biləcəklərini bildirib.

Röya RÜSTƏMLİ,

“Respublika”.