Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları Türkiyənin Moskvadakı səfirliyində olublar
Sosial həyat

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları Türkiyənin Moskvadakı səfirliyində olublar

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları Türkiyənin Moskvadakı səfirliyində olublar.

AZƏRTAC xəbər verir ki, RAGB-nin sədri Ceyhun Hüseynov və təşkilatın fəalları Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin qurbanlarının xatirəsini yad etmək üçün Türkiyənin Moskvadakı səfirliyini ziyarət ediblər.

Gənclər zəlzələ qurbanlarının xatirəsini ehtiramla yad edib, səfirliyin binası önünə əklil və güllər qoyublar.