Şəhid ailələri və qazilərlə görüşlər
Sosial həyat

Şəhid ailələri və qazilərlə görüşlər

Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərərək şəhid olan igidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim böyük ehtiramla yad edilir və respublikamızın bütün ərazilərində Anım Günü ilə bağlı çoxsaylı tədbirlər keçirilir. Görüşlərdə şəhid ailələri və qazilərin qayğıları öyrənilir və lazımi köməklik göstərilir.

Qax

Rayon icra hakimiyyəti başçısının və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə 27 sentyabr Anım Günü ərəfəsində şəhid Abdullayev Cavid Vahid oğlunun, Bünyadlı Rəvan Asif oğlunun, Yusifli Məhəmməd Rəhman oğlunun, Qarayev Anar Çingiz oğlunun, Əlizadə Qorxmaz Arif oğlunun, Rəsulzadə Təbriz Əfrayim oğlunun, Osmanov Nəzir Rahib oğlunun, Mənəfov Nicat Azad oğlunun, Əliyev Təbriz Tofiq oğlunun, Tağızadə Bəhruz Azər oğlunun ailələri və qazilər evlərində ziyarət edilərək, onları narahat edən məsələlər öyrənilib.

 Şəhidlərin ailə üzvləri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Şəki

Şəki rayonundan olan şəhidlərin ailələri ziyarət edilir. Ziyarət zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından, hərbçilərimizin qəhrəmanlığından, şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs olunur, həmçinin şəhidlərimizin şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılır.

Balakən

Rayon icra hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində yaşayan şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ziyarət olunur.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Azad Balayev, idarə və müəssisə rəhbərləri torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının ailə üzvləri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanırlar.

Qəbələ

Qəbələ Rayon İcra Hakimiyyəti rəhbərliyi, idarə və müəssisələrin əməkdaşları tərəfindən şəhid ailələri və qazilərin evlərinə ziyarət davam etdirilir, onları narahat edən məsələlər öyrənilir və həlli nəzarətə götürülür.

 Şəhidlərin ailə üzvləri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

M.QULUYEV,

"Respublika".