Şəhid Etibar Nəcəfovun xatirəsi anılıb
Sosial həyat

Şəhid Etibar Nəcəfovun xatirəsi anılıb

İyunun 7-də Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Laçın rayon Badamdar ümumi orta məktəbində Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Nəcəfov Etibar Mehman oğlunun xatirəsi anılmışdır. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Mahir Abbaszadə, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidin xatirə lövhəsi önünə gül dəstələri düzülüb.

Tədbiri giriş sözü ilə açan Vuqar Zeynalov şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını bildirərək dövlət tərəfindən hər zaman şəhid ailələrinə, qazilərə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşıldığını və respublikamızın hər yerində bu kateqoriyadan olan həssas əhali qruplarının lazımi qayğı ilə əhatə olunduğunu, onların mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə operativ tədbirlər görüldüyünü qeyd edib.

Şəhidin valideynləri övladlarının xatirəsinin əziz tutulmasından məmnunluğunu ifadə edərək, aparılan islahatlar və yüksək işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

“Respublika”.