Şəhid Vüsal Abdullayevin ailəsi ziyarət olunub
Sosial həyat

Şəhid Vüsal Abdullayevin ailəsi ziyarət olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Fərhad Kərimov  44 günlük Vətən müharibəsi zamanı  şəhidlik zirvəsinə ucalan  Vüsal Abdullayevin ailəsini ziyarət edib.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, söhbət zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolundan danışılıb, xatirəsinin qəlbimizdə yaşayacağı vurğulanıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Vüsal Abdullayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Ailənin sosial vəziyyəti ilə maraqlanılıb. Şəhid ailəsinin bundan sonra da sosial dəstək tədbirləri ilə əhatə olunacağı qeyd olunub.

"Respublika".