Şəhidlərimizin xatirəsi uca tutulur
Sosial həyat

Şəhidlərimizin xatirəsi uca tutulur

Şəhidlər Abidə Kompleksinin önündə Vətən müharibəsinin üçüncü ildönümü ilə əlaqədar keçirilən anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və icra aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının fəalları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, din xadimləri, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Vətən yolunda canlarını fəda etmiş igidlərin parlaq xatirələrinin daim ehtiramla yad olunduğunu, dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına yüksək qayğı göstərildiyini diqqətə çatdırıb.

Anım tədbirində Masallı rayonunun Qızılağac kəndindən şəhid anası Leyla Əliyeva, Sərçuvardan şəhid atası Vahid İsgəndərov, Hişkədərə kəndindən şəhid atası Aslan Məhərrəmov, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov və başqaları 44 günlük müharibədə ordumuzun tarixi qələbəsindən, şəhidlərimizin, qazilərimizin hünərindən, qəhrəmanlığından söhbət açıblar.

"Respublika".