Şəkinin nümayəndə heyəti Türkiyədə Festivalda
Region

Şəkinin nümayəndə heyəti Türkiyədə Festivalda

Türkiyənin Berqama şəhərində səfərdə olan Şəki şəhərinin nümayəndə heyəti Uluslararası Bergama Kermes Festivalında iştirak edib.

Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, Şəki şəhəri 2010-cu ildə "Azərbaycanın Sənətkarlıq Paytaxtı" seçilib, 2012-ci ildə türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı, 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub, 2017-ci ildə YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə, 2019-cu ildə Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir. Türkiyə son illər ərzində şərəfli yol keçərək Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə dünya miqyasında böyük gücə çevrilib. 

Şəkinin Azərbaycanda festivallar şəhəri kimi tanındığını bildirən icra başçısı Berqama şəhərinin bələdiyyə sədrini 3-7 iyul tarixlərində Şəkidə keçiriləcək Şəhər Günü və XII “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına dəvət edib.

M.QULUYEV,

“Respublika”.