“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 948-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 13 mart tarixli 735 nömrəli, “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” 2016-
Fərman

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 948-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 13 mart tarixli 735 nömrəli, “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” 2016-

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 948-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 28.5.2-ci, 94-1.1-ci, 94-3.2-ci və 94-3.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 94-1.1-ci və 94-3.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 94-3.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. altı ay müddətində:

2.1.1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 94-1.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının təklifi əsasında müstəqil ekspert fəaliyyətinin həyata keçirildiyi sahələri müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.2. həmin Qanunun 94-3.3-cü maddəsinə uyğun olaraq, müstəqil ekspert sertifikatının əldə edilməsi üçün imtahana buraxılan şəxslərə dair tələbləri, imtahanın keçirilmə qaydasını, müstəqil ekspert sertifikatının formasını və verilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 948-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:

3.1. aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.1.1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, sığortaçının və təkrarsığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətinə və katastrofik risklərin təkrarsığortalanmasına dair minimum tələbləri;

3.1.2. həmin Qanunun 10.6-cı maddəsinin birinci cümləsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafeləri üzrə risklərin sığortaçılar tərəfindən xarici sığortaçılarda təkrarsığortalanmasına dair hədləri və tələbləri;

3.1.3. həmin Qanunun 25.3-cü maddəsinə uyğun olaraq, sığortaçılar üçün korporativ idarəetmə standartlarını;

3.1.4. həmin Qanunun 38.1-ci maddəsinin beşinci cümləsinə uyğun olaraq, sığortaçıda Direktorlar Şurasının və İdarə Heyətinin sədri və üzvləri ilə müsahibə keçirilməsi qaydasını;

3.1.5. həmin Qanunun 44.1.6-1-ci maddəsinə uyğun olaraq, məlumatın formasını;

3.1.6. həmin Qanunun 81.8-ci maddəsinə uyğun olaraq, sığorta ehtiyatlarının formalaşdırılması qaydalarını və katastrofik risklərin meyarlarını;

3.1.7. həmin Qanunun 81-6.6-cı maddəsinin ikinci cümləsinə uyğun olaraq, aktuari rəyinin məzmununu, formasını və təqdim edilməsi qaydasını;

3.1.8. həmin Qanunun 94-1.10-cu maddəsinə uyğun olaraq, müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum tələbləri;

3.1.9. həmin Qanunun 95.5-ci maddəsinə uyğun olaraq, sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi meyarlarını;

3.2. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 948-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 735 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 184; 2013, № 12, maddə 1516; 2014, № 10, maddə 1182; 2016, № 3, maddə 453; 2020, № 7, maddə 860; 2022, № 8, maddə 867) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənddə “1.1.9-cu, 1.1.12-ci və 16.6-cı” sözləri “1.1.12-ci, 16.6-cı, 28.5.2-ci, 94-1.1-ci, 94-3.2-ci və 94-3.3-cü” sözləri ilə əvəz edilsin;

4.2. 2.1-1-ci bənddə “və 16.6-cı” sözləri “, 16.6-cı, 94-1.1-ci və 94-3.3-cü” sözləri ilə əvəz edilsin;

4.3. 2.2-ci bənd ləğv edilsin;

4.4. 2.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.4-cü bənd əlavə edilsin:

“2.4. həmin Qanunun 94-3.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur.”.

5. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 665, № 8, maddə 1369; 2017, № 7, maddə 1332; 2019, № 3, maddələr 405, 411; 2020, № 4, maddə 397, № 7, maddə 895; 2021, № 2, maddə 125; 2023, № 3, maddələr 350, 379) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nə aşağıdakı məzmunda 2.1.3-3-cü yarımbənd əlavə edilsin:

“2.1.3-3. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müstəqil ekspert sertifikatının verilməsi məqsədilə imtahanlar keçirir və imtahanlardan müvəffəqiyyətlə keçən şəxslərə sertifikat verir;”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 31 iyul 2023-cü il.