Siyasətdə də xəbis niyyət, yalan qəbuledilməzdir
Siyasət

Siyasətdə də xəbis niyyət, yalan qəbuledilməzdir

Son dövrlər Fransa dövlətinin, başda prezident Makron olmaqla apardığı ermənipərəst siyasət ərkəsöyün, cığal bir kəsin qohumbazlığına oxşayır.

Fransa hər zaman ermənilərə meyilli xeyirli siyasət aparıb (Fransa erməni diasporunun sayına görə Avropa ölkələri arasında birinci yerdədir. Bu ölkədə 570-dən çox erməni təşkilatı fəaliyyət göstərir). Ancaq bu siyasətə diplomatik don geyindirməyi ustalıqla bacarıb. Amma Azərbaycanın qələbəsi ilə yekunlaşan 44 günlük müharibə başladığı gündən Fransa maskalanmadan imtina edib, açıq şəkildə ölkəmizə qarşı nifrət təhdid dolu hücumlara keçib.

Bu məsələlərdə öz fəallığı ilə Fransa prezidenti E.Makron xüsusilə seçilir. Əslində, E.Makronun erməni sevgisi onun prezidentliyindən əvvəlki dövrdən başlayır. O, hələ prezidentliyə namizədliyini irəli sürdüyü vaxtdan etibarən erməni diasporu ilə sıx münasibət qurub. 2017-ci ilin fevral ayında E.Makron erməni icmasının ənənəvi ziyafətində iştirak etmək dəvətini qəbul etməsə , 24 aprel tarixində prezident seçkiləri ərəfəsində o, Parisdə qondarma "erməni soyqırımı" abidəsinə baş çəkib, Fransada qondarma "soyqırımının anım günü" təsis edəcəyinə söz verib. Həmin addımla E.Makron erməni diasporunun, o cümlədən Fransada ermənilərə məxsus ən böyük təşkilat olan Fransada Erməni Təşkilatlarının Koordinasiya Şurasının dəstəyini qazanıb. Belə ki, 28 aprel 2017-ci il tarixində təşkilatın həmsədrləri Murad Papazyan Ara Toranyan prezident seçkilərinin 2-ci turunda erməni icmasının E.Makronu dəstəkləyəcəyini bildiriblər.

E.Makron 2018-ci ilin 11-12 oktyabr tarixlərində Yerevanda keçirilən Frankofoniya sammitinə qatılıb. Fransa prezidenti səfər zamanı fürsətdən istifadə edərək qondarma "erməni soyqırımı"nın qurbanlarına həsr olunmuş abidəyə baş çəkib.

ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkəsi kimi adətən Fransa prezidentləri (Jak Şirak, Nikolya Sarkozi Fransua Olland) "balans" naminə regiona səfər zamanı hər iki ölkəyə (Azərbaycan Ermənistan) baş çəkməyi borc biliblər. Makron isə bu ənənəni tamamilə pozaraq Azərbaycana bir dəfə səfər etməmişdir.

E.Makron Azərbaycan-Ermənistan münaqişəsindən danışarkən siyasətçiyə yaraşmayan yalan iftira ritorikasından istifadə edir, daim çıxışlarında dövlətimizi təhdid etməkdən çəkinmir. Fransa deputatları da prezidentlərindən heç ilə geri qalmırlar. Fransa Senatının həm yuxarı, həm aşağı palatasının deputatları ölkəmizin əleyhinə qərəzli olaraq qəbul edilmiş, özündə heç bir həqiqəti əks etdirməyən təxribat xarakterli qətnamələr qəbul edirlər. Qətnamələrdəki tələblər demək olar ki, eynidir. Məsələn, Fransa Senatı Azərbaycandan öz silahlı qüvvələrini "suveren Ermənistan ərazisindən geri çəkməyi Ermənistanın ərazi bütövlüyünə hörmət etməyi" tələb edir. Qətnamədə, həmçinin "erməni hərbi əsirlərin azad olunması, Azərbaycanın qaz nəqlinə embarqo tətbiq edilməsi, "Dağlıq Qarabağ Respublikasının" tanınması, eləcə Ermənistanın müdafiə qabiliyyətinin yüksəldilməsində mümkün dəstəyin verilməsi" yer alır.

Görün bu fikir təkliflərdə Azərbaycana qarşı qədər nifrət qərəz var. İftira yalanlarının həddi yoxdur. Onlar bununla beynəlxalq aləmdə Azərbaycanı nüfuzdan salmağa ermənilərdə revanşist hisslərin qızışdırılmasına çalışırlar.

İlk baxışdan elə görünür ki, bu qətnamələri yazanların 30 il davam etmiş Ermənistan-Azərbaycan münaqişəsindən, ümumiyyətlə, heç bir anlayışları yoxdur. Amma yox, elə deyil, çox yaxşı xəbərləri var. Sadəcə dünyada artıq qəbul olunan ümumi rəyə görə ən xudbin cığal xalq - fransız xalqı belə istəyir. Ancaq heç alınmayacaq. Xoşbəxtlikdən bugünkü Azərbaycan güclü dövlətdir ona bu cür cığallıqlarla təsir təzyiq etmək qeyri-mümkündür.

Söhrab SƏFİYEV,

"Respublika".