Sumqayıt Etilen-Polietilen Zavodunda yanğın
Digər xəbərlər

Sumqayıt Etilen-Polietilen Zavodunda yanğın

FHN Mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və məhdudlaşdırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

“Respublika”.