Tarixə adını yazan igid
Sosial həyat

Tarixə adını yazan igid

Doğma yurdumuz Azərbaycan əsrlər boyu bir çox müharibələrə cəlb olunubQəhrəmanlığı, cəsarəti ilə seçilən azərbaycanlı gənclərin adları isə dillərdə dastandır. Doğrudur, heç kim dünyaya qəhrəman kimi gəlmir. Qəhrəmanlar döyüşdə doğulur. Bu baxımdan qəhrəmanlarımız illərdir tarix yazırlar

7 il bundan əvvəl, elə bu günlərdə Hayastan yenə öz hiyləgərliyindən əl çəkməyib, Azərbaycan sərhədlərinin ön xətti boyunca hücum edib, yaşayış məntəqələrini intensiv artilleriya atəşinə tutub. Nəticədə yüzlərlə əsgərimiz yaralanıb, həyata gözlərini əbədi yumub, bununla yanaşı  30-dan çox yaşayış məntəqəsi bombalanıb, 16 yaşdan kiçik 2-si uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb. Həmçinin 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su qaz boruları dağıdılıb. İgid əsgərlərimizin qəhrəmanlığı sayəsində hücumun qarşısı layiqincə alınıb. Yenə mənfur düşmənə görə neçə-neçə oğul ata evinə çiyinlərdə, tabutda gedib. İllərdir Ermənistanın davam edən kin-küdurəti, aqressiyası nəticəsində yenə evlərə qara bağlandı, bir çox yuvaların işığı söndü. Döyüş 4 gün davam etməsinə baxmayaraq, övladı, doğması cəbhədə olanlar üçün bir ömür kimi görünüb. Bu ağrılı günləri yaşayanlardan biri şəhid mayor Emin Süleymanovun həyat yoldaşı Məhsəti xanımdır. Ailəsi ilə tətildə olan zaman Eminə qəfildən zəng gəlir o, getməli olduğunu deyir. Məhsəti xanım o günləri belə xatırlayır: "Həmişəki kimi, güman etdim ki, yəqin təlimdir ora gedir. Hər səfər maraqlanırdım, soruşurdum ki, harada olacaqsınız? Emin mənə bu dəfə Kəlbəcər istiqamətində olacağını dediBundan sonra ona dəfələrlə zəng etməyimə baxmayaraq, əlaqə saxlaya bilmədim. Qonşu ilə birgə getdikləri üçün onlara gedib maraqlandım nəticədə öyrəndim ki, Emin Kəlbəcərdə deyil. Günlərlə xəbər gəlmədi, zəng çatmadı. Çox ağır ağrılı günlər idiBir neçə gündən sonra əlaqə saxlaya bildik, bu zaman danışanda səsi çox boğunuq yorğun gəlirdi. Hər zaman olduğu kimi, yenə bizi rahatlatmaq üçün: "Hər şey yaxşıdır", - dedi. Növbəti gün artıq televiziyalarda zəfərimizlə bağlı xəbərlər yayımlanırdı. Bir sıra mühüm ərazilərin geri qaytarılması ilə bağlı xəbərləri eşidəndə evdə bayram ab-havası yarandı. Növbəti gün şükürlər olsun ki, Emin evə qayıtdı. Təəssüf ki, kəndimizdə artıq bir neçə şəhidimiz var idi. Emin heç vaxt orada yaşadığı çətin, ağrılı günlərdən bizə bəhs etmirdi. Həmişə acısını ürəyində yaşayır, bizə heç danışmırdı".

Daima ailəsini düşünən, onun qayğısına qalan Emin qapalı bir insan olub. Müharibə zamanı cəbhədə yaşanan, başına gələn heç bir şeyi ailəsinə bildirməyib. Məhsəti xanım deyir ki, onun yaşadığı ağrılı-acılı günləri əsgərləri sayəsində biliblər.

Əsgərləri deyir ki, özü ac olduğu halda, payını onlara verən igid mayor Emin Süleymanov daima vətəninə, torpağına sadiq qalan onun üçün qanının son damlasına qədər vuruşan Azərbaycanın mərd hərbçisidir. Soyuq-isti, gecə-gündüz demədən Azərbaycanöz ana yurdu üçün döyüşən Emin təəssüf ki, 44 günlük Vətən müharibəsində düşmənin gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Onun xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".