TBMM-in sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
Türk dünyası

TBMM-in sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 12-də Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.

Həmçinin "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Sonra Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə əklil qoyulub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzülüb.

Numan Kurtulmuş "Türk şəhidliyi" abidəsinin xatirə kitabına ürək sözlərini yazıb.