Macarıstandan Türkiyəyə: Əgər ortaqlıq etməsəydik, böyük səhv etmiş olardıq!
Türk dünyası

Macarıstandan Türkiyəyə: Əgər ortaqlıq etməsəydik, böyük səhv etmiş olardıq!

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Macarıstana rəsmi səfər edib.

“Respublika” “Hürriyet”ə istinadən xəbər verir ki, səfər çərçivəsində Fidan Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijarto ilə görüşüb.

İkitərəfli görüşlərdə müzakirə olunanlar böyük diqqət çəkib. Szijjarto Türkiyəni yüksək qiymətləndirib və onun qlobal miqyasda tutduğu rola diqqət çəkib.

“Əgər bu qədər güclü bir ortaqlıq etməsəydik, o zaman böyük bir səhv edərdik çünki Türkiyə tezliklə dünyanın ən güclü 10 ölkəsi olacaq” - deyə, Szijjarto bildirib.

Röya RÜSTƏMLİ,

“RESPUBLİKA”.