Təbiətə vurğunluq ömrümüzü UZADIR
Digər xəbərlər

Təbiətə vurğunluq ömrümüzü UZADIR

İndiki gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması təbii ehtiyatlardan səmərəli istifadə edilməsi bu gün hər birimizin qarşısında duran başlıca vəzifələrdəndir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi üçün daim məqsədyönlü tədbirlər həyata keçirilir. Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün illərdə bu vacib məsələnin həlli üçün mütəmədi olaraq qəbul olunan Dövlət proqramları uğurla icra olunaraq müsbət bəhrəsini verib bu gün verməkdədir.

Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rəsul Quliyev Dövlət proqramlarına uyğun olaraq son illər görülmüş işlər barədə danışaraq bildirdi ki, mərkəzin xidməti ərazilərində mütəmadi olaraq bir sıra tədbirlər keçirilərək verilmiş bütün tapşırıqlar yüksək səviyyədə icra edilib.

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bu il Şamaxı RMTM-in xidməti ərazilərində 8 hektar sahədə 14 mindən çox yeni ting əkilib 7 hektar sahədə təbii bərpaya kömək məqsədilə palıd digər ağac cinslərinin toxumu səpilib. Bu tipli tədbirlərdə təhsil müəssisələri, yerli icra orqanları, icra hakimiyyətləri, YAP əməkdaşları digər kollektivlərin nümayəndələri bizimlə birgə ərazilərdə yeni meşə əkinləri salınmasında fəal iştirak edib. Son il ərzində xidməti ərazilərdə 76 hektara yaxın sahədə meşə əkinləri səpinləri yüksək səviyyədə həyata keçirilib. Bundan əlavə, yeni sağlam ağac tinglərinin əldə olunması istiqamətində tinglik toxmacarlıq ərazisində 1 hektardan böyük sahədə 80 mindən çox yeni ting yetişdirilib.

Meşələrin mühafizəsi, qanunsuz qırıntıların olmaması istiqamətində görülən məqsədyönlü işlərə toxunan R.Quliyev bildirdi ki, mərkəzin xidməti ərazilərində yanğınların baş verməməsi üçün kollektivimizin hər bir üzvü maksimum səylə çalışır ərazilərdə maarifləndirici tədbirlər həyata keçirilir. Meşələrdə ətrafı ərazilərdə baş verə biləcək yanğınların qarşısının alınması istiqamətində ətraf ərazilərdə mineral zolaqlar çəkilir. Hazırda meşələrin bərpası istiqamətində işlər sürətlə aparılır ərazidə müxtəlif cinslərdən ibarət meşə əkinlərinin salınması işləri aparılır. Mərkəzdə nizam-intizam qaydalarına ciddi riayət olunur idarəetmə təcrübəsi gənclərə öyrədilir. Şamaxı RMTM- təcrübə keçən tələbələrə yüksək səviyyədə diqqət ayrılır, bilik bacarıqlar gənc meşəçilərə aşılanır onlara təcrübəli mütəxəssislər tərəfindən fəaliyyətlərində vacib olacaq təlimlər keçirilir.

Ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində müəyyənləşən uğurla həyata keçirilməsinin təməli qoyulan məqsədyönlü tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam etdirildiyini vurğulayan mərkəzin direktoru görülən işləri kollektivin birgə əməyinin bəhrəsi olduğunu dedi. Ekologiyanın atası hesab olunan Vernadiskinin "İstənilən azad düşüncəli şəxs ekoloq ola bilər" fikrinə toxunan mərkəzin direktoru kollektivin hər bir üzvünün üzərinə düşən vəzifəni uğurla icra etdiyini təbiətə sevgisinin yüksək olduğunu bildirdi. Çünki təbiətə vurğunluq ömrümüzü artırır.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".