Tender elanı
Reklam və elanlar

Tender elanı

Hörmətli xanımlar və cənablar!

Biz bununla Sizi "LUKOIL-Azərbaycan" QSC-nin obyektləri üçün A-80 və A-57 markalı kassa lentlərinin təchizatı üzrə 2 mərhələli açıq tenderdə iştirak etməyə dəvət edirik.

Keçirilən tender barədə ümumi məlumat:

Sifarişci: "LUKOIL-Azərbaycan" QSC, Səbail rayonu, Z.Tağıyev 13 ünvanında yerləşən, əlaqələndirici şəxs: Mikayılova Lalə, əlaqə telefonu: (012) 497-41-38, E- mail: [email protected].

Sənədlərin tam toplusu, tenderdə iştirak etmək üçün zəruri sənədlərlə birgə təqdim etdiyiniz ərizənin, verilmiş tələblərə uyğunluq ekspertizasından sonra Sizin ünvana göndəriləcək.

Tenderdə iştirak etmək üçün ərizələrin təqdimi və tender sənədlərinin alınması müddəti 23 oktyabr 2023-cü il. Ərizə ilə birlikdə mütləq şəkildə kvalifikasiya anketi təqdim olunmalıdır.

Tender təklifləri 9 noyabr 2023-cü il saat 18:00 dək yuxarıda qeyd olunan ünvana təqdim edilməlidir.

Tender 13 noyabr 2023-cü il saat 11:00 tarixində yuxarda qeyd olunmuş ünvanda keçiriləcək (1-ci mərhələ).

Tender 15 noyabr 2023-cü il saat 11:00 tarixində yuxarda qeyd olunmuş ünvanda keçiriləcək (2-ci mərhələ).

Qeydə alınmış namizədlərin, tender təklifləri olan zərflərin açılmasında iştirakı mütləqdir.

Müqavilə üzrə hesablaşma nağdsız ödəniş yolu ilə, icraçının bank hesabına ödənilir.

Müqavilə şərtlərini yerinə yetirmək üçün tender iştirakçılarının texniki imkani, zəruri sənədlər toplusu olmalıdır.

Tender təkliflərinin qüvvədə olma müddəti 90 təqvim günündən az olmamalıdır.

Tender təklifləri Azərbaycan və ya rus dillərində təqdim olunmalıdır.

Tenderin qalibi ilə tender başa çatdıqdan sonra 20 təqvim günü ərzində müqavilə bağlanacaqdır.

Tenderin qalibi şifarişçinin ərizəsinə əsasən malları növbəti ünvana çatdırmalıdır: Bakı ş., Xətai r-nu, Ş.Mirzəyev 13.

Tenderdə iştirak üçün "ərizə" forması, habelə tender haqqında tam məlumatları yuxarıda qeyd olunan telefon və elektron poçtu vasitəsilə almaq olar.

 Tender komitəsi.