Texniki Universitetlə müqavilə
Elm və təhsil

Texniki Universitetlə müqavilə

Naftalanda keçirilən görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Texniki Universitetinin rektoru, iqtisad elmləri doktoru Vilayət Vəliyev, Logistika Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Universitet-Sənaye Əməkdaşlığı Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova icra hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.

Şəhər rəhbəri ölkə Prezidenti İlham Əliyevin diqqət qayğısı nəticəsində Naftalanda aparılan abadlıq-quruculuq işlərindən ətraflı söhbət açaraq Naftalanın bu gün beynəlxalq turizm mərkəzinə çevrildiyini qeyd edib. Həmçinin "Şəhərdaxili hərəkət (mobillik) plan"ın hazırlanmasının, bu məsələnin şəhərin təhlükəsizliyi baxımından olduqca vacibliyini xüsusi olaraq vurğulayıb.

Universitetin rektoru "Qayda"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarının mahiyyəti, hərəkətin təhlükəsizliyi baxımından bu görüşün önəmi barədə söhbət açıb. Qeyd edib ki, burada dayanıqlı şəhər modelinin tətbiq edilməsi nəzərdə tutulub. Həmçinin şəhərin yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz rahat fəaliyyəti istiqamətində görüləcək işlər müzakirə olunub. Mövzu ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Görüşün sonunda "Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması" məqsədilə Naftalan Şəhər İcra Hakimiyyəti Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalanmışdır.

Zabit XƏLİLOV,

"Respublika".