Acun Ilıcalı
İdman

Acun Ilıcalı "Hall Siti"-dən sonra ikinci klubu alır

Türkiyəli iş adamı Acun Ilıcalı Sloveniyanın “Maribor” futbol klubunu satın alır.

"Respublika" xəbər verir ki, bu barədə 55 yaşlı funksioner özü açıqlama verib.

O bildirib ki, komandanı iki ay araşdırdıqdan sonra almaq qərarına gəlib. Ötən həftə Mariborda olan iş adamı həm şəhəri, həm də stadionu çox bəyəndiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Acun Ilıcalı İngiltərənin "Hall Siti" klubunun da sahibidir.