Türkiyə-ABŞ münasibətlərində yeni dövr
Türk dünyası

Türkiyə-ABŞ münasibətlərində yeni dövr

1 saat 15 dəqiqə davam edən Ərdoğan-Bayden görüşü dünyanın gündəmindən düşmür.

"Respublika" xəbər verir ki, görüşdə Bayden İsveçin NATO-ya üzvlüyünə yaşıl işıq yandırıldıqdan sonra konqresi razı salmağın daha asan olacağını bildirib.

ABŞ və F-16 paketinin konqresdən keçməsinə güclü dəstək verəcəyini vurğulayıb. Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Liderlərinin Zirvə toplantısında prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Co Baydenlə görüşündən sonra Türkiyə-Amerika münasibətlərində yeni dövrün qapısı açılıb.

Görüşdə son illərdə sürətlə dəyişən siyasi gündəmlə sıx təmasda olmağın vacibliyi vurğulanıb. Bayden Ərdoğanla aralarındaki dostluq münasibətini belə adlandırıb: "Biz bir-birimizi yaxşı tanıyırıq, uzun illər əvvələ gedən dostluğumuz var" . ABŞ prezidenti Ərdoğanın yenidən prezident seçilməsi münasibətilə təbriklərini təkrarlayıb, özünün yenidən ABŞ prezidenti ola biləcəyinə inandığını bildirib.

Töhfə SƏMƏDOVA,

"Respublika".