Serbiya Prezidenti Monteneqro Prezidentini qəbul edib
Dünya xəbərləri

Serbiya Prezidenti Monteneqro Prezidentini qəbul edib

Serbiya Prezidenti Aleksandar Vuçiç bu ölkədə ilk rəsmi səfərdə olan Monteneqro Prezidenti Yakov Milatoviçi qəbul edib.

“Respublika” xəbər verir ki, Aleksandar Vuçiç monteneqrolu həmkarının bu səfərinin ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib. 

Qeyd edib ki, biz ölkələrimiz və qardaş xalqlar arasında münasibətlərdə yeni səhifə açırıq. Yakov Milatoviç isə Monteneqro və Serbiya arasında münasibətlərin yaxşılaşdırılmasına dair açıq müzakirələr apardıqlarını deyib. Vurğulayıb ki, ölkələr arasında siyasi və iqtisadi müstəvidə əməkdaşlığın gücləndirilməsi bütün regionda mehriban qonşuluq münasibətləri üçün də mühüm əhəmiyyət kəsb edir.

Səfər çərçivəsində Yakov Milatoviç Avala şəhərindəki Naməlum Qəhrəmanın abidəsinin və mayın 3-də silahlı hücumun baş verdiyi “Vladislav Ribnikar” adına orta məktəbin qarşısına gül dəstələri qoyacaq.

Qeyd edək ki, Monteneqro Prezidenti Yakov Milatoviçin Serbiyaya səfəri böyük rəmzi əhəmiyyətə malikdir. Çünki bu, Monteneqro Prezidentinin 7 ildən sonra Belqrada ilk səfəridir.