Hollandiya sahillərində avtomobili daşıyan gəmi yanıb
Dünya xəbərləri

Hollandiya sahillərində avtomobili daşıyan gəmi yanıb

Hollandiya sahillərində 3000-ə yaxın avtomobili daşıyan gəminin yanması nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

"Respublika" "Arab News"a istinadən xəbər verir ki, Şimal dənizində 3000-ə yaxın avtomobili daşıyan yük gəmisində baş verən yanğın nəzarətdən çıxıb və Hollandiya sahil mühafizəsi bir ekipaj üzvünün öldüyünü, digərlərinin yaralandığını və gəmini batmaqdan xilas etmək üçün çalışdıqlarını bildirib.
Sahil mühafizəsinin verdiyi açıqlamada, yanğını söndürməyə cəhd edən 23 ekipaj üzvünü gəmidən çıxarmaq üçün qayıqlar və helikopterlərdən istifadə edilib. Yanğının və ekipaj üzvünün ölüm səbəbi hələ ki, məlum deyil.

Töhfə SƏMƏDOVA.

"Respublika".