Türkiyə xalqının idman sahəsindəki növbəti uğuru
İdman

Türkiyə xalqının idman sahəsindəki növbəti uğuru

“Fənərbağça” futbol klubunun 18 yaşlı gənc oyunçusu Arda Gülər dünyanın ən böyük klublarından biri olan “Real Madrid”ə transfer olub.

"Respublika" klubun yaydığı məlumata əsasən bildirir ki, gənc futbolçu ilə altı illik müqavilə imzalanacaq.

“Real Madrid” buna görə “Fənərbağça”ya 20 milyon avro təzminat ödəyəcək. Həmçinin, əlavə 10 milyon avro bonuslar şəklində qarşı tərəfin hesabına köçürüləcək. 

Qeyd edək ki, yarımmüdafiəçi 2019-cu ildən "Fənərbağça"da fəaliyyət göstərib. 2022-2023-cü il mövsümündə "Fənərbağça"nın heyətində bütün turnirlərdə 35 matça çıxan gənc futbolçu 6 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Töhfə SƏMƏDOVA,

“Respublika”.