Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib
Türk dünyası

Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib

Türkiyənin Kayseri vilayətində 4.7 maqnitudalı zəlzələ olub.

"Respublika" "Hürriyet" nəşrinə istinadən xəbər verir ki, bu barədə  Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər üzrə Nazirliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla 13:17-də, 7 km dərinlikdə qeydə alınıb.

Tacir SADIQOV,

"Respublika".