Ukrayna İran istehsalı  dronları zərərsizləşdirib
Dünya xəbərləri

Ukrayna İran istehsalı dronları zərərsizləşdirib

Ukrayna hava hücumundan müdafiə qüvvələri bu gün Rusiya tərəfindən atılmış 15 İran istehsalı “Şahed” dronundan 11-ni zərərsizləşdirib.

"Respublika" xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Hava Qüvvələri “Telegram” kanalında məlumat yayıb.

Qeyd edilib ki, hücum nəticəsində mərkəzi Çerkası regionunda iki nəfər yanıq xəsarətləri alıb və qeyri-yaşayış infrastrukturu zədələnib.