Google-un zəlzələ xəbərdarlığı Türkiyədə işləmədi
Dünya xəbərləri

Google-un zəlzələ xəbərdarlığı Türkiyədə işləmədi

 BBC-nin aparıcı proqramlarından biri olan Newsnight-da Google-un zəlzələ xəbərdarlığı sisteminin 6 fevral zəlzələləri zamanı işləmədiyi bildirilib.

"Respublika" xəbər verir ki, Google zəlzələlərdən bir dəqiqə əvvələ qədər Android əsaslı telefonlar vasitəsilə istifadəçilərə bildiriş göndərmək texnologiyasına sahibdir.

Şirkət xəbərdarlığın milyonlarla insana fevralın 6-da səhər saat 04:17-də baş vermiş zəlzələ fəlakətindən əvvəl göndərildiyini iddia edir. Lakin BBC zəlzələdən zərər çəkmiş üç bölgədə apardığı araşdırmalar zamanı bu xəbərdarlığın hər kəsə çatmadığını bildirir. 

Qeyd edək ki, smartfonlarda titrəmələri aşkar edə bilən kiçik akselerometrlər var. Eyni anda bir çox telefon silkələnirsə, Google zəlzələnin mərkəzini də müəyyən edə və sarsıntının şiddətini təxmin edə bilər. 

Nəzrin ELDARQIZI,

"Respublika".