Ukrayna Prezidenti İlan adasına gedib 
Dünya xəbərləri

Ukrayna Prezidenti İlan adasına gedib 

Ukrayna Prezidenti Volodimir Zelenski İlan adasına gedib.  

“Respublika” xəbər verir ki, bu barədə Zelenski şəxsi "Twitter" hesabında paylaşım edib. 

Paylaşımda deyilir: "Bu gün biz İlan adasında, bütün Ukrayna kimi heç vaxt işğalçı tərəfindən fəth edilməyəcək adamızdayıq. Çünki biz cəsurlar ölkəyik. Bu gün biz ukraynalı qəhrəmanlarımızı, bu ada uğrunda döyüşən, onu azad edən bütün əsgərləri hörmətlə anırıq. Bu, Qara dənizimizin ortasında kiçik bir torpaq parçası olsa da, Ukraynanın öz ərazisinin hər bir hissəsini geri alacağına böyük sübutdur!" 

Zelenski, onu da bildirib ki, artıq Rusiyanın hücumundan 500 gün keçir.

Ukrayna Prezidenti paylaşımında vətən uğrunda canını fəda etmiş Ukrayna əsgərlərinə təşəkkür etdiyini də əlavə edib.  

Qeyd edək ki, Ukraynanın Qara dənizdə yerləşən İlan adası Rusiyanın hücumunun ilk günlərində tutulmuş, ötən ilin iyun ayında isə Ukrayna qüvvələri tərəfindən azad olunmuşdu. 

Nəzrin ELDARQIZI, 

“Respublika”